...

"PAŞA Bank" Azərbaycanda ilk dəfə olaraq “Dinamik şifrələr” əsasında “3D Secure” texnologiyasını tətbiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2013 15:00 (UTC +04:00)
"PAŞA Bank" müştərilərin ödəniş kartlarla internetdə aparılan əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə “3D Secure” texnologiyasının tətbiqinə başlayır.
"PAŞA Bank" Azərbaycanda ilk dəfə olaraq “Dinamik şifrələr” əsasında “3D Secure” texnologiyasını tətbiq edir

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir A.Axundov/

"PAŞA Bank" müştərilərin ödəniş kartlarla internetdə aparılan əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə "3D Secure" texnologiyasının tətbiqinə başlayır.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, "MasterCard" ödəniş sistemində "Secure Code", "VISA" ödəniş sistemində isə "Verified by VISA" adlanan bu texnologiya onlayn alış-veriş zamanı əlavə müdafiə dərəcəsi yaradır və ödəniş kartınızla onlayn əməliyyatlarınızı daha da təhlükəsiz etmək üçün qoruma təmin edir.

2013-cü il oktyabr ayından etibarən xidmətə qoşulmuş ödəniş kartınız vasitəsilə internetdə hər hansı bir əməliyyat həyata keçirilsə, bankda qeydiyyatdan keçirilən mobil telefon nömrəsinə SMS vasitəsilə birdəfəlik şifrə göndəriləcək və əməliyyat yalnız həmin şifrə daxil edildikdən sonra yerinə yetiriləcək. Azərbaycanda ilk dəfə olaraq, bu texnologiyanın tətbiqində "PAŞA Bank" dinamik şifrələrdən istifadə edir - yəni, hər bir əməliyyat üçün yeni şifrə alırsınız, bu da kartınızla dələduzluq riskini minimuma endirir.

Bankda mobil nömrəsini qeydiyyatdan keçirmiş bütün müştərilər və hər növ kartlar üçün avtomatik olaraq aktivləşdiriləcək. Xidmət pulsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti