...

"Albalı"dan Qurban bayramı günlərində özəl hədiyyə

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2013 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Unibank-dan Albalı kart sahiblərinə möhtəşəm bayram hədiyyəsi var.

Yalnız Qurban bayramı günlərində - oktyabrın 15-i və 16-sı tərəfdaş mağazalardan 3 və daha yuxarı taksitlə olan hər bir alış-veriş və xidmət üçün Unibank-dan əlavə bir taksit hədiyyə ediləcək. Məsələn, siz 3 taksitlə aldığınız malın qiymətini 4 aya bərabər hissəyə ödəmək imkanı qazanacaqsınız.

Hər gün minlərlə vətəndaş ölkənin 850-dən artıq mağaza, supermarket və ticarət mərkəzlərində Albalı kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. Albalı kartı bankın istənilən filialından pulsuz almaq mümkündür. İki il müddətli kartın maksimal limiti 3000 manatdır. Kartdan müəyyən limit çərçivəsində nağdlaşdırma da mümkündür.

Albalı kart sahiblərinin artıq öz virtual şəxsi kabinetləri də var. (https://onlineservices.unibank.az/AlbaliInfo/index.jsp)

"Unibank" Albalı istifadəçiləri üçün "facebook" üzərindən unikal və eksklüziv platforma yaradıb. Hər gün yüzlərlə Albalı istifadəçisi "Qoşul! Fərqlən! Faydalan!" eksklüziv platformasına qoşularaq, yığdıqları balları möhtəşəm hədiyyələrə çevirə biləcəklər: http://goo.gl/tYSd87

Qurban bayramının sonunadək "Qoşul! Fərqlən! Faydalan!" platformasında qeydiyyatdan keçənlərə bankdan 100 bal hədiyyə edilir. Albalı kartla bağlı bütün məlumatları www.albali.az internet saytından, Unibank-ın "facebook" səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti