...

Azərbaycanda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Seçki qruplarının növbəti toplantısı keçiriləcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2013 17:42 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Xəqani Abdullayev və Beynəlxalq əlaqələr departamentinin direktoru Fuad Hüseynov ABŞ-ın Vaşinqton şəhərində keçirilən Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) illik toplantısında iştirak ediblər.
Azərbaycanda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Seçki qruplarının növbəti toplantısı keçiriləcək (FOTO)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Xəqani Abdullayev və Beynəlxalq əlaqələr departamentinin direktoru Fuad Hüseynov ABŞ-ın Vaşinqton şəhərində keçirilən Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) illik toplantısında iştirak ediblər.

AMB-dən Trend-ə verilən məlumata görə, səfər zamanı Mərkəzi Bankın nümayəndələri DB və BVF-nin əlaqədar qurumları, eləcə də digər mərkəzi banklar və özəl şirkətlərlə ikitərərfli görüşlər keçiriblər.

Nümayəndə heyəti DB-nin Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Laura Takla görüşdə ölkəmizlə DB arasında layihələr portfeli, DB-nin yeni hazırlanmış Ölkə üzrə Tərəfdaşlıq Strategiyası, Mərkəzi Bank ilə DB-nin əlaqədar sektorları arasında əməkdaşlıq barədə müzakirələr aparıb. L.Tak DB-nin layihələrinin uğurla həyata keçirilməsində dəstəyinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib, ölkəmizlə əlaqələrin daha da gücləndirilməsində DB-nin maraqlı olduğunu qeyd edib.

Daha sonra DB və BVF-nin Seçki qruplarının rəhbərləri ilə görüşlər keçirilib, Seçki Qrupunun növbəti toplantısının Azərbaycanda təşkili üzrə müzakirələr aparılıb. Nümayəndə heyəti illik yığıncaq çərçivəsində təşkil edilmiş Seçki Qrupu toplantısında iştirak edən qrupun üzvlərini növbəti toplantıda iştirak üçün 2014-cü ilin iyul ayında Azərbaycana dəvət edib.

Səfər zamanı AMB-nin nümayəndələri BVF-nin Qafqaz və Orta Asiya ölkələri üçün təşkil olunmuş bir sıra görüşlərdə və aktual iqtisadi mövzulara dair beynəlxalq konfrans və seminarlarda da iştirak ediblər.

Səfər çərçivəsində sədr müavini X.Abdullayev Con Hopkins Universitetində "Azərbaycanda monetar siyasət" mövzusunda təqdimatla çıxış edib. Öz çıxışında X.Abdullayev ölkə iqtisadiyyatının inkişafından, o cümlədən Mərkəzi Bankın siyasətindən və bank sektorunun inkişafından danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti