...

"PRAVDA Awards" PR layihələr müsabiqəsinin münsiflər heyəti formalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2013 18:43 (UTC +04:00)
"PRAVDA Awards" PR layihələr müsabiqəsinə layihələrin qəbulu davam etdirilir. İddiaçılar 2 həftə ərzində müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilər.
"PRAVDA Awards" PR layihələr müsabiqəsinin münsiflər heyəti formalaşıb

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

"PRAVDA Awards" PR layihələr müsabiqəsinə layihələrin qəbulu davam etdirilir. İddiaçılar 2 həftə ərzində müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilər.

"PRAVDA Awards" 2013-cü ilin münsiflər heyətinin tərkibini elan edib. Ənənəvi olaraq, münsiflər heyətinin tərkibi xarici və Ukrayna ekspertləri, eləcə də qurum və şirkət nümayəndələrinin pariteti əsnasında formalaşıb. "Hill+Knowlton Strategy" şirkətinin sədri və M3 şurasının sədri və baş direktoru Maksim Behar "PRAVDA Awards 2013"ün münsiflər heyətinin rəhbəri seçilib.

M.Behar bildirib: "Pravda Awards 2013"ün münsiflər heyətinə rəhbərlik etmək böyük şərəfdir. Amma şəxsən mənim üçün ən vacibi PR sahəsindən olan mütəxəssislərin qarşısına çıxaraq, müsabiqədə iştirak edən layihələrin peşəkarlıqla qiymətləndirilməsini təmin etməkdir". O öz video-müraciətində müsabiqə üçün hazırlanan işlərdə "3e" qaydasında istifadə etməyi məsləhət görüb.

"PRAVDA Award 2013"ün münsiflər heyyətinin tam siyahısı:

Lyudmila Kreçmer - UAPR-in İdarə Heyətinin sədri və həmtəsisçisi, "KEY Communications" agentliyinin baş direktoru (Ukrayna)
Vahit Bora - "Turkcell Group"un rabitə üzrə baş mütəxəssisi (Türkiyə)
Petra Sammer - "Ketchum Pleon"un kreativ direktoru (Almaniya)
Yanina Dubeykovskaya - "World Communication" forumunun həmtəsisçisi və kontent direktoru (Bolqarıstan)
Yarına Klyuçkovskaya - müstəqil PR-məsləhətçisi, UAPR-ın həmtəsisçisi (Ukrayna)
Oleq Poletayev - "SU-155" şirkətlər qrupunun Reklam və PR departamentlərinin direktorunun müavini (Rusiya)
Tatyana Ostroqlyad - PR məsləhətçi, "Ostrogliad PR Consulting" agentliyinin direktoru (Ukrayna)
Yevgeni Romat - professor, İqtisadi Elmlər Akademiyasının akademiki, "Marketinq və reklam", "Ukraynada Marketing tədqiqatları", "Logistika: problemlər və həllər" jurnallarının baş redaktoru, Kiyev Milli Ticari-İqtisadi Universitetin Reklam və marketing şöbəsinin müdiri (Ukrayna)

"PRAVDA Awards"ın təşkilat komitəsinin sədri, UAPR-ın İdarə Heyətinin üzvü, "Pleon Talan" PR agentliyinin Baş direktoru İrina Zolotareviç deyib: "Bizə vaxt ayıran və münsiflər heyətinə qoşulan bütün aparıcı mütəxəssislərə təşəkkürümüzü bildiririk. İştirakçılara isə müsabiqədən zövq almağı arzu edirəm".

Xatırladırıq ki, layihələnin qəbulu oktyabrın 28-dək davam edəcək. Qeydiyyatdan "PRAVDA Awards"ın rəsmi internet saytında keçmək mümkündür - www.pravdaawards.org.ua

Müsabiqənin rəsmi saytında ətraflı məlumat və iştirak qaydaları ilə tanış olmaq, habelə keçən illərin qaliblərinin prezentasiyalarına baxmaq mümkündür. Müsabiqə ilə bağlı ən son xəbərləri "PRAVDA Awards"ın rəsmi Facebook və Twitter səhifələrində izləmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti