...

Bolkart-dan yeni nağdlaşdırma!

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2013 13:30 (UTC +04:00)
9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar “Bank of Baku” Bolkart sahibləri üçün yeni nağdlaşdırma kampaniyasına start verir.
Bolkart-dan yeni nağdlaşdırma!

Azərbaycan, Bakı, 4 noyabr /Trend/

9 noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar "Bank of Baku" Bolkart sahibləri üçün yeni nağdlaşdırma kampaniyasına start verir.

Bankdan Trend-ə verilən məlumata görə, 4-12 noyabr 2013-cü il tarixləri arasında kartdan pul çıxaran Bolkart sahibləri, dekabrın 10-dək faizsiz ödəniş imkanı qazanır. Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. Nağdlaşdırmanın komissiya haqqı 2,5%-dir.

Aşağıdakı Bolkart növlərini bu kampaniya zamanı nağdlaşdırmaq olar:

• Adi Bolkart
• MasterCard loqolu Bolkart
• Nar-Bolkart
• Tərəfdaş şirkətlərin xüsusi Bolkartları (Embawood, NLT,WorldTelecom və s.) (müştərinin müsbət və ya hədəf tarixçəsi formalaşandan maksimum 1 həftə sonra)
• Üzərində "500 AZN" olan adi və MasterCard loqolu Bolkart (müştərinin müsbət və ya hədəf tarixçəsi formalaşandan maksimum 1 həftə sonra)

Bu gün 160.000-dən çox Azərbaycan vətəndaşı Bolkart ilə alış-veriş edir, kartdan nağd pul çıxarır və Bolkart-ın digər imtiyazlarından faydalanır.

Bütün Bolkart sahiblərini kartın MasterCard loqolu növü ilə təmin etmək məqsədi ilə "Bank of Baku" müştərilərin cari kart borcunu saxlamaqla əvəzlənməsi prosesini davam etdirir. Bolkart MasterCard sahibinə Azərbaycanda, xaricdə və internetdə alış-veriş imkanı verir.

Bolkartın onlayn sifarişi: http://bolkart.az/#openorder

Daha ətraflı: www.facebook.com/Bolkart

Məqalədə:
Xəbər lenti

Xəbər lenti