...

"Ailə NET" abunəçiləri üçün yeni aksiyalar

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2013 11:07 (UTC +04:00)
Azərbaycanın sürətlə inkişaf edən internet provayederi, Ailə NET abunəçilər üçün müddətsiz aksiyalar elan edir.
"Ailə NET" abunəçiləri üçün yeni aksiyalar

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Azərbaycanın sürətlə inkişaf edən internet provayederi, Ailə NET abunəçilər üçün müddətsiz aksiyalar elan edir. Artıq internet provayderin xidmətlərinə qoşulmaq istəyən şəxslərə ilkin 20 metr kabel pulsuz təqdim olunur. Qoşulma zamanı 20 metrdən artıq istifadə olunan kabelin isə dəyəri alınır (1m=0.30q)(1m=0.50q). Bundan başqa Ailə NET tərəfindən keçirilən aksiyaya əsasən ,vətəndaşlara təqdim olunana TP LİNK 743 N modelli wi-fi routerin qiyməti artıq 30AZN deyil, 25 AZN-dir. Qeyd olunan aksiya müddətsiz həyata keçirilir.

Trend-in məlumatına görə, Ailə NET-dən daha bir müddətsiz aksiya "5 ay ödə, 6-cı ay Ailə NET-dən pulsuz yararlan" adlanır. Aksiyanın qaydalarına əsasən, Ailə NET internet provayderinin abunəçiləri seçdikləri tarifə uyğun olaraq beş ayın abunə haqqını ilkin olaraq ödəyən zaman altıncı ay internet provayderin xidmətindən pulsuz istifadə etmək hüququ qazanırlar. Eləcə də abunəçi əgər 10 ayın abunə haqqını ilkin olaraq ödəyirsə, bu zaman son iki ay Ailə NET-in xidmətinə görə abunə haqqı ödəməyəcək.

Ailə NET əhatə dairəsini genişləndirir və gələcəkdə yeni həvəsləndirici aksiyaların həyata keçirilməsini planlaşdırır.

Qeyd edək ki, Azərbaycanda sürətlə inkişaf edən internet provayederlərdən biri olan AiləNet, Caspian Telecom şirkətinin brendidir. Geniş fiber optik şəbəkəyə malik olan şirkət, ölkəmizdə 19-cu dəfə keçiriləcək və dekabrın 2-dən 5-nə kimi davam edəcək, BakuTel-2013 İnformasiya və Telekommunikasıya Texnologiyarı sərgisində iştrak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti