...

"British Airways" Azərbaycan sərnişinlərinə Avropanı kəşf etmək imkanı yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2013 14:44 (UTC +04:00)
Dekabr ayında "British Airways" Azərbaycan sərnişinlərinə Avropanı kəşf etmə imkanı yaradır və onlara Böyük Britaniya və Avropa üzrə bütün istiqamətlərə endirim təklif edir.
"British Airways" Azərbaycan sərnişinlərinə Avropanı kəşf etmək imkanı yaradır

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

Dekabr ayında "British Airways" Azərbaycan sərnişinlərinə Avropanı kəşf etmə imkanı yaradır və onlara Böyük Britaniya və Avropa üzrə bütün istiqamətlərə endirim təklif edir. Endirimlər bu ilin dekabrın 31-dək davam edəcək.

Avropada dünyanın bir neçə dəb paytaxtının yerləşdiyini nəzər alaraq, "British Airways" öz sərnişinlərinə bu istiqamətlər üzrə rahat və baxımlı səyahət etməyi təklif edir. Bu ilin dekabr ayında "British Airways" və "Elemis" şirkəti "Club World" sərnişinləri üçün yeni istirahət guşələri, SPA mərkəzi, 15 dəqiqəlik baxım prosedurları və hədiyyə çantası təqdim edir. Hədiyyə çantası xüsusi ilə "British Airways" sərnişinləri üçün hazırlanmış yeniləyici, təravətləndirici və rahatlandırıcı məhsullardan ibarətdir.

"Qış bayramları ərzində bir çox insanın səyahət etdiyini nəzərə alaraq, biz sərnişinlərimizi Avropa və Böyük Britaniyaya səyahət etməyə həvəsləndirmək istədik. Orta Asiya insanları bizə səyahətləri nə qədər sevdiklərini göstərdi və biz onlara rahat və cəlbedici qiymətlərlə səyahət etməyi təklif edirik", - deyə "British Airways"in Orta Asiya və Yaxın Şərq üzrə kommersiya direktoru Paolo de Renzis bildirib.

"British Airways2 aviaşirkətinin xüsusi kampaniyası çərçivəsində azərbaycanlı sərnişinlər Böyük Britaniya və Avropa üzrə 75-dən artıq istiqamətdə "Club World" klassında 1 772 avrodan başlayan qiymətlərlə səyahət edə bilərlər.

British Airways haqqında:

• Yay mövsümində British Airways həftədə 10 aviareys, qış mövsümündə isə Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər həyata keçirir.
• British Airways - marşrut şəbəkəsi 75 ölkə, 170 istiqaməti əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir.
• British Airways hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır.
• Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon təklif edilir - Biznes və Ekonom.
• British Airways yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.

Məlumat üçün "British Airways" aviaşirkətinin Azərbaycandakı nümayəndəliyinə müraciət edin.

Тel: (012) 436 85 09

E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti