...

Fərid Həsənov "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin qalibi olub (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2013 22:42 (UTC +04:00)
Türk dünyasının ilk və yeganə musiqi yarışması olan "Türkvizyon" Mahnı Yarışmasının qalibi Azərbaycan (210 bal) olub. Yarışmanın ikincisi Belarusu təmsil edən, Azərbaycan əsilli Gunəş olub.
Fərid Həsənov "Türkvizyon" beynəlxalq mahnı müsabiqəsinin qalibi olub (ƏLAVƏ OLUNUB)

Türkiyə, Eskişehir, 21 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Türk dünyasının ilk və yeganə musiqi yarışması olan "Türkvizyon" Mahnı Yarışmasının qalibi Azərbaycan (210 bal) olub. Trend-in məlumatına görə, Yarışmanın ikincisi Belarusu təmsil edən, Azərbaycan əsilli Gunəş olub.

Qaliblər Münsiflər Heyəti tərəfindən müəyyənləşib.

Müsabiqədə Azərbaycan da daxil olmaqla 24 ölkənin yarışmaçısı iştirak edib. Müsabiqədə Azərbaycanı "Yeni ulduz" Mahnı Müsabiqəsinin qalibi olan Fərid Həsənov "Yaşa" adlı mahnı ilə təmsil edib.

Münsiflər Heyətinin səsverməsi ilə yarimfinalda iştirak edən 24 ölkədən 12-i finala vəsiqə qazanıb.

Türkiyənin Əskişəhir Anadolu Universitetində keçirilən "Türkvizyon" Mahnı Yarışmasının yarım final mərhələsi dekabrın 19-da, final mərhələsi isə bu gün keçirilib. Yarışma Türk Muzik Birliyi, Əskişəhir 2013- Türk Dünyası Mədəniyyət Paytaxtının birgə təşkilatçılığı ilə keçirilib.

Final mərhələnin açılış mərasimində çıxış edən Türk Muzik Birliyi Televiziyasının baş direktoru Samir Qurbanov müsabiqənin keçirilməsinin bütün türk dünyası üçün önəmli olduğunu deyib: "Bu müsabiqə türk dünyasinin sadəcə musiqi yarışması deyil, bütün türk dünyasinin könül birliyidir. Bu müsabiqədə kimin qalib gəlməsindən asılı olmayaraq, bütün türk dünyası qalibidir".

S.Qurbanov bildirib ki, gələn il bu müsabiqə türk dünyasının mədəniyyət paytaxtı seçilən Kazanda keçiriləcək. O, bütün türk dünyasini bu müsabiqə də iştitak etməyə cağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti