...

Samir Şərifov: Azərbaycanın sığorta bazarı 2018-ci ildə MDB-də həcminə görə üçüncü ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2013 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr/Trend, müxbir A. Axundov/

Azərbaycan 2018-ci ildə sığorta bazarının həcminə görə MDB ölkələri arasında üçüncü olmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu bazar ertəsi Bakıda maliyyə naziri Samir Şərifov hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə keçirilən "Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru" adlı konfransda bildirib.

Onun sözlərinə görə, hazırda sığorta bazarı Azərbaycan iqtisadiyyatının dinamik inkişaf edən sahələrindən biridir və bu sahənin inkişafına böyük diqqət yetirilir: "Məqsədimiz sığortanı ölkə əhalisinə sosial yardımı yaxşılaşdıracaq, maddi zərərləri aradan qaldıracaq əlavə alətə çevirməkdir".

Qeyd edək ki, 2013-cü il yanvar-noyabr aylarının yekunları üzrə ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin mükafatlarının ümumi həcmi 368,88 milyon manat (il ərzində artım 17,86 faiz artım) təşkil edib, hesabat dövründə ödənişlər isə 110,48 milyon manat həcmində (33,85 faiz artım) həyata keçirilib.

Azərbaycanda 28 sığorta və 1 təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti