...

"28 May" metrostansiyasının modernləşdirilməsi gələn ilin I yarısında başa çata bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2013 15:31 (UTC +04:00)
Bakı Metropoliteni "28 May" stansiyasının və əsas girişinin yenidən qurulmasını 2014-cü il martın sonunadək başa çatdırmağı planlaşdırır. Bunu çərşənbə günü Trend-ə metropolitendəki mənbə deyib.
"28 May" metrostansiyasının modernləşdirilməsi gələn ilin I yarısında başa çata bilər

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni "28 May" stansiyasının və əsas girişinin yenidən qurulmasını 2014-cü il martın sonunadək başa çatdırmağı planlaşdırır. Bunu çərşənbə günü Trend-ə metropolitendəki mənbə deyib.

İyulda stansiyanın əsas giriş və çıxışları yenidənqurma və modernləşdirmə işləri ilə əlaqədar bağlanmışdı. Yeni tədris ilinin başlanması ilə (16 sentyabr) Bakı Metropoliteni "28 May" stansiyasının əsas çıxışını açdı.

Mənbə deyib ki, işin böyük hissəsi görülüb və tam başa çatmaq üzrədir:

"İşlər 2014-cü ilin əvvəlində tam yekunlaşacaq. Çox güman ki, bu, Novruz bayramınadək baş tutacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti