...

Bayram günləri bütün “Ailə TV” paketləri pulsuz yayımlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2013 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

"Ailə TV" kabel televiziyası operatorundan abunəçilərinə Yeni il öncəsi xoş xəbər. Bayram günləri rəqəmsal yayımı izləyən bütün abunəçilər "Ailə TV" paketlərini pulsuz izləyəcəklər.

Dekabrın 31-dən yanvarın 2-dək davam edəcək aksiyadan "Ailə TV"-nin rəqəmsal yayımına qoşulmuş bütün abunəçilər yararlana biləcəklər və beləliklə bayram günləri öz ailələri ilə birlikdə 165-dən çox telekanal izləmək imkanı əldə edəcəklər.

"Ailə TV" kabel televiziyası operatoru xalqımızı qarşıdan gələn Yeni 2014-cü il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə ürəkdən təbrik edir, xalqımıza ruzi-bərəkət, firavanlıq və əmin-amanlıq arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti