...

Qərb istiqamətində qatarların hərəkəti gün ərzində bərpa olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Yanvar 2014 16:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir E.Əliyev/

Qərb istiqamətində qatarların hərəkət qrafiki gün ərzində bərpa olunacaq. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, təmir işləri davam etdirilir: "İşlərin axşama tam başa çatacağı gözlənilir, qatarların hərəkət qrafiki isə hər iki istiqamətdə bərpa olunacaq".

Xatırladaq ki, yanvarın 3-ü gecə Hacıqabul rayonu, Qarasu qəsəbəsi ərazisində Bakı-Ucar istiqaməti ilə hərəkət edən 43 vaqondan ibarət yük qatarında qəza hadisəsi baş verib. Qəza nəticəsində 7 vaqon relsdən çıxıb. Benzinlə dolu çənin üst qapağından sızan yanacaq yanıb. Relsdən çıxan 62 ton yanacaqla dolu çəndən yolun kənarına yanacaq dağılıb. Benzinlə və dizel yanacağı ilə dolu çənlər, eləcə də digər vaqonlar yanğından mühafizə olunub.

Yanğın saat 23:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bu gün səhər saatlarında bir istiqamətdə qatarların hərəkəti bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti