...

"British Airways" Azərbaycan turistləri üçün xüsusi tarif təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2014 12:21 (UTC +04:00)
Bu il ziyarət üçün ən yaxşı istiqamətləri elan etdikdən sonra "British Airways" aviaşirkəti Böyük Britaniya, Avropa, ABŞ və Kanadaya Azərbaycan turistləri üçün xüsusi tarif təklif edir ki, sərnişinlər sözügedən ölkələrdən zövq ala bilsin.
"British Airways" Azərbaycan turistləri üçün xüsusi tarif təklif edir

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Bu il ziyarət üçün ən yaxşı istiqamətləri elan etdikdən sonra "British Airways" aviaşirkəti Böyük Britaniya, Avropa, ABŞ və Kanadaya Azərbaycan turistləri üçün xüsusi tarif təklif edir ki, sərnişinlər sözügedən ölkələrdən zövq ala bilsin.

"British Airways"ın Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo de Renzis bildirib: "Bizim 2014-cü il üçün təklif etdiyimiz yeni ən yaxşı istiqamətlər hazırda Azərbaycan turistləri arasında daha məşhur olan Avropa istiqamətlərindən fərqli və uzaqdır. Böyük Britaniyanın Lids və Şotlandiyanın Qlazqo şəhərlərindən ABŞ-ın Ostin, Albukerke və Las-Veqas şəhərlərinədək olan aviareyslər fantastik şəraitdə olan unikal və maraqlı təcrübə qazandırır".

Şirkətdən şənbə günü Trend-ə verilən məlumata görə, Böyük Britaniyanı Londondan kənarda tədqiq etmək istəyənlər bunu Lids şəhərində edə bilər. Belə ki, burada Roma sikkələrinin qazıntısı ilə məşğul olmaq, tarixi ekskursiyaya yollanmaq və ya kənd yerlərində gəzintiyə çıxmaq mümkündür. "Daunton abbatlığı" serialından sonra Yorkşir qraflığı 2014-cü ildə "Lonely Planet" internet portalında səyahət üçün aparıcı istiqamətlər üzrə 3-cü yeri tutub. Yorkşirdən bir qədər şimalda Qlazqo şəhəri yerləşir ki, bu şəhər iyulun 23-də Birlik Oyunlarının mərkəzinə və bununla da "British Airways"ın ən yaxşı istiqamətlərindən birinə çevriləcək.

Əgər ABŞ-da macəralar sizi daha çox cəlb edirsə, Ostində canlı musiqidən ilhamlana bilərsiz, "Breaking Bad" serialının çəkildiyi Albukerke isə səyahətçilərə SPA xidmətləri, qolf meydançası, yatmış vulkanlar, hava şarında gəzinti və kabus turları təklif edir. Las-Veqas, həmçinin klassik istiqamətlərdən sayılır, dünya ulduzu Britni Spirs 2 il ərzində məhz bu şəhərdə yaşayacağını elan edib. Qordon Ramseyin bu şəhərdə "Plane Food" restoranını açmasını nəzərə alsaq, Las-Veqasın ulduzu parlamaqda davam edir.

"British Airways"ın 2014-cü il üzrə istiqamətləri sifariş etmək üçün ba.com veb-səhifəsini yanvarın 23-dək ziyarət etmək lazımdır. Əldə olunan biletlərlə iyulun 31-dək səyahət etmək olar. Böyük Britaniya və Avropaya biletlərin tarifi 477 avrodan, ABŞ və Kanadaya isə 744 avrodan başlayır.

"British Airways" haqqında:

- Yay mövsümində British Airways həftədə 10 aviareys, qış mövsümündə isə Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər həyata keçirir.

- "British Airways2 - marşrut şəbəkəsi 75 ölkə, 170 istiqaməti əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir.

-"British Airways" hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır.

- Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon təklif edilir - Biznes və Ekonom.

-British Airways yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.

Məlumat üçün "British Airways" aviaşirkətinin Azərbaycandakı nümayəndəliyinə müraciət edin.
Тel: (012) 436 85 09
E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti