...

Gəncədə 3 sahibkarın əmlakı siyahıya alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2014 20:02 (UTC +04:00)
Vergi borclarının ödənilməsinin təmin edilməsi məqsədi ilə 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları tərəfindən Gəncədə 3 sahibkarın əmlakı siyahıya alınıb.
Gəncədə 3 sahibkarın əmlakı siyahıya alınıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Vergi borclarının ödənilməsinin təmin edilməsi məqsədi ilə 12 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları tərəfindən Gəncədə 3 sahibkarın əmlakı siyahıya alınıb.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, vergi müfəttişləri siyahıyaalma prosedurunun borcların ödənilməsində böyük rola malik olduğunu deyir.

Departamentin Vergi borcları şöbəsinin əməkdaşları tərəfindən müşahidəçilərin iştirakı ilə Rəşad Məhərrəmova məxsus xalça mağazası, Ələddin Əsgərova məxsus geyim paltarları mağazası və Vahid Bağırova məxsus tikinti materialları mağazasından vergi borcunu təmin edəcək məbləğdə əmlak siyahıya alınıb.

Vergi müfəttişi Salman Salmanov deyib: "Məhərrəmov Rəşad Həsən oğlunun dövlət büdcəsinə 320 manat borcu olduğuna görə xalça mağazasında əmlakın siyahıya alınması prosesi gedir, bundan başqa, daha 2 obyektdə əmlaklar siyahıya alınıb. Təcrübə göstərir ki, əmlakın siyahıya alınması borcların ödənilməsi işində çox böyük köməklik göstərir".

Ümumilikdə 1390 manatlıq vergi borcu üzrə aparılan siyahıyaalmanın nəticəsi akt və protokolla rəsmləşdirilərək, siyahıya alınan mallar saxlanılması üçün vergi ödəyicisinə təhvil verilib. Vergi ödəyicisinə məlumat verilib ki, vergi borcu bir ay müddətində ödənilmədiyi halda, borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəmədə iddia qaldırılacaq. Siyahıya alınan əmlak hərrac vasitəsilə satışa çıxarılaraq. Vergi borcu satışdan əldə olunan vəsait hesabına ödəniləcək.

Öz növbəsində, borclu sahibkarlar, qısa zamanda öhdəliklərini yerinə yetirəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti