...

Azərbaycan avtomobillərin təhlükəsizliyi sisteminə qarşı tələbləri sərtləşdirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2014 18:11 (UTC +04:00)
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi avtomobillərin təhlükəsizliyi sistemi tələblərinə qarşı daha sərt standartlar hazırlayacaq.
Azərbaycan avtomobillərin təhlükəsizliyi sisteminə qarşı tələbləri sərtləşdirəcək

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.İsmayılov/

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi avtomobillərin təhlükəsizliyi sistemi tələblərinə qarşı daha sərt standartlar hazırlayacaq. Trend-in məlumatına görə, bunu Dövlət Komitəsinin sədri Ramiz Həsənov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu, avtobanlarda (120 kilometr/saatadək) hərəkət sürətinin artması ilə bağlıdır ki, bu da daha təkmiləşdirilmiş təhlükəsizlik sisteminə ehtiyac yaradır.

R.Həsənov avtomobillərdə təhlükəsizlik yastıqlarının və avtomobillərin digər vacib hissələrinin artırılması imkanlarının olduğunu qeyd edib: "Bu, avtomobil sürücülərinin təhlükəsizliyinin təmin edilməsi baxımından zəruridir. Ölkədə avtomobillərin sayı artır və onların bir qismi yüksək ekoloji standartlara cavab vermir. Ekoloji vəziyyətin yaxşılaşdırılması və vətəndaşların sağlamlığının müdafiəsi məqsədi ilə bu avtomobillərin dövriyyədən mərhələli və ziyan vermədən çıxarılması vətəndaşlar üçün aktual məsələdir".

Komitə sədrinin sözlərinə görə, hazırda bu istiqamətdə də fəal işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti