...

Azərbaycan Xorvatiyada şirkət, sənət və kənd təsərrüfatı sərgisində iştirak edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2014 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

24-26 yanvar 2014-cü il tarixlərində Xorvatiyanın Virovitiça şəhərində şirkət, sənət və kənd təsərrüfatı yarmarkası - "ViroExpo 2014" keçirilir. 700-dən artıq şirkətin iştirakı ilə keçirilən sərginin ilk günündə Azərbaycanın bu ölkədəki səfirliyi və Xorvatiyada akkreditə olunmuş 20-dən artıq ölkənin səfirlikləri iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, "ViroExpo 2014" sərgisinin Azərbaycan üçün ayrılmış stendində milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən suvenir və əşyalar, Azərbaycan xalçaları haqqında nəşrlər, "Azərbaycan İxrac Kataloqu 2013", ölkəmizlə bağlı xorvat dilinə tərcümə olunmuş broşürlər, ADA Universitetinin proqramları və 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunları barədə məlumatlar, Ermənistan-Azərbaycan münaqişəsinə dair materiallar və s. nümayiş etdirilib və qonaqlara paylanıb.

Sərgi boyu Azərbaycan ilə bağlı videoçarxlar nümayiş etdirilib, qonaqlara Azərbaycan şirniyyatları təqdim olunub.

Qeyd edək ki, "Viroexpo 2014" Xorvatiyanın İqtisadiyyat, Turizm, eləcə də Regional İnkişaf və Avropa İttifaqı Fondları nazirliklərinin dəstəyi ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti