...

Azərbaycanda məsaməli betondan hazırlanmış tikinti materiallarından istifadə üzrə tövsiyələr hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2014 15:09 (UTC +04:00)
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Məsaməli betondan hazırlanmış inşaat materiallarının layihələndirmə və tikinti işlərində istifadə olunmasına dair Metodiki Tövsiyələr"i təsdiq edib.
Azərbaycanda məsaməli betondan hazırlanmış tikinti materiallarından istifadə üzrə tövsiyələr hazırlanıb

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Məsaməli betondan hazırlanmış inşaat materiallarının layihələndirmə və tikinti işlərində istifadə olunmasına dair Metodiki Tövsiyələr"i təsdiq edib.

Trend-in Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, "Metodiki Tövsiyələr"də məsaməli betondan hazırlanan məmulatlar, onların konstruktiv xüsusiyyətləri barədə ətraflı məlumatlar və tikinti işlərinin aparılması üzrə məsləhətlər verilib.

Tövsiyələr layihə, tikinti, istismar təşkilatlarının mühəndis-texniki işçiləri və inşaat yönümlü tədris müəssisələrinin tələbələrinin istifadəsi üçün nəzərdə tutulub.

Marağı olan təşkilatlar adıçəkilən sənədi Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutuna müraciət etməklə əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti