...

İstanbulda üçüncü aeroportun inşası məhkəmənin qərarı ilə dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2014 10:09 (UTC +04:00)
İstanbulda dünyada ən böyük aeroportlardan biri olacağı gözlənilən üçüncü aeroportun inşası şəhər məhkəməsinin qərarı ilə dayandırılıb.
İstanbulda üçüncü aeroportun inşası məhkəmənin qərarı ilə dayandırılıb

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir R.Hafizoğlu/

İstanbulda dünyada ən böyük aeroportlardan biri olacağı gözlənilən üçüncü aeroportun inşası şəhər məhkəməsinin qərarı ilə dayandırılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Milliyet" qəzeti xəbər yayıb.

Belə qərar aeroporta yaxın rayonların sakinlərinin tikintinin dayandırılması tələbi ilə məhkəməyə ərizə ilə müraciət etməsindən sonra qəbul edilib.

İstanbul məhkəməsinin qərarında deyilir ki, işlər tikintinin ətraf mühitə vurduğu ciddi ziyanla əlaqədar dayandırılıb.

2013-cü ilin mayında İstanbulda üçüncü aeroportun inşasına dair Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə Nazirliyi ilə hava limanının tikintisi üzrə tenderin qalibi olmuş "Limak-Kolin-Cengiz-MaPa-Kalyon" şirkətlər konsorsiumu arasında saziş imzalanıb.

Rəsmi mənbələrdən Trend-ə verilən məlumata görə, yeni aeroportun tikintisi 10 milyard türk lirəsinə başa gələcək. O da qeyd olunub ki, aeroport əvvəlcə ildə 90 milyon sərnişinə xidmət göstərəcək. Sonralar isə bu rəqəm 150 milyona çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti