...

"Böyük şəhərdə seks" serialının ulduzu "British Airways" aviaşirkəti ilə yeni istiqaməti tədqiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2014 15:52 (UTC +04:00)
"Böyük şəhərdə seks" serialının ulduzu "British Airways" aviaşirkəti ilə yeni istiqaməti tədqiq edir.
"Böyük şəhərdə seks" serialının ulduzu "British Airways" aviaşirkəti ilə yeni istiqaməti tədqiq edir

Azərbaycan, Bakı, 28 fevral /Trend/

"Böyük şəhərdə seks" serialının ulduzu "British Airways" aviaşirkəti ilə yeni istiqaməti tədqiq edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "British Airways" bu aviareys üzrə uçuşlara cari ilin oktyabr ayının 28-dən etibarən başlayacaq. Uçuşlar həftədə 3 dəfə yerinə yetiriləcək. Rezervasiya üçün yerlərin sayı isə ayda 4 minədək artırılacaq.

Hazırda Londonun "Royal Haymarket" teatrında "Qaçılmaz meyl" tamaşasında Bet Qallaher rolunu məşq edən Kristin Devis bildirib: "Mən zövq almaq üçün xeyli səyahət edirəm və mən "British Airways"ın dünya üzrə şöhrət qazandığı xidmət və üslubun standartlarını yüksək qiymətləndirirəm".

Hazırda "British Airways"ın dörd A380 təyyarəsi mövcuddur ki, bu avialaynerin sonuncusu cari ilin yanvar ayının 14-də şirkətin aviaparkına daxil olub. Bu ilin sonunadək aviaşirkətin parkına daha dörd analoji təyyarə daxil olacaq.

"British Airways" aviaşirkətinin Böyük Britaniya və İrlandiya üzrə satış bölməsinin rəhbəri Riçard Tams bildirib: "Dünya üzrə daha çox sərnişinə xidmət göstərmək üçün bizim yeni A380 təyyarələrimiz rahat uçuşları yerinə yetirməyə imkan yaradır. Aviaşirkətin avadanlıq və xidmət sahəsinə yatırdığı milyonluq investisiyalar sayəsində bizim sərnişinlərimiz Sinqapura və Sinqapurdan səyahət edərkən yeni təyyarələrimizin üstünlüklərini hiss edə biləcək və bu, bizi fərəhləndirir".

İkigöyərtəli təyyarə uçuş zamanı sərnişinlərə ən səssiz və dinc kabinə, şəxsi əşyaların saxlanılması üçün əlavə yer, təmiz hava, yaxşı işıqlandırma, təkmilləşdirilmiş əyləncələr və elektron avadanlıqlar üçün nəzərdə tutulmuş rozetkalar təklif edir.

A380 təyyarəsi ilə Londondan Sinqapura uçuşlar hər həftənin II, IV və V günləri, əks istiqamətə uçuşlar isə həftənin III, V və VII günləri həyata keçiriləcək.

Hazırda "British Airways" aviaşirkəti A380 təyyarələri ilə Los-Anceles (ABŞ), Honkonq (Çin) və Yohannesburq (CAR) kimi şəhərlərə uçuşlar yerinə yetirir, cari ilin sentyabrın 1-dən etibarən isə sözügedən avialaynerlərlə Vaşinqtona (ABŞ) uçuşlara başlanacaq.

Bundan başqa, 2014-cü ildə "British Airways"ın aviaparkına dörd "Boeing-787" təyyarəsi əlavə olunacaq ki, bu avialaynerlər sayəsində martın 30-dan etibarən Heydərabad (Hindistan), mayın 5-dən Çendu (Çin), iyunun 5-dən Filadelfiya (ABŞ), iyulun 5-dən isə Kalqari (Kanada) şəhərlərinə aviareyslər açılacaq.

Yeni A380 təyyarəsi ilə London-Sinqapur aviareysinə biletləri aviaşirkətin Ba.com rəsmi internet səhifəsində rezervasiya etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti