...

"AtaBank" ASC və "VISA İnternational" ilə Braziliyadakı futbol həyəcanını canlı izləmək imkanı

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2014 14:45 (UTC +04:00)
"AtaBank" ASC və "VISA" ödəmə sistemi müştərilərinə 2014-cü ildə Braziliyadakı futbol üzrə dünya çempionatına getmək şansından istifadə etməyi təklif edir.
"AtaBank" ASC və "VISA İnternational" ilə Braziliyadakı futbol həyəcanını canlı izləmək imkanı

Azərbaycan, Bakı, 12 mart /Trend/

"AtaBank" ASC və "VISA" ödəmə sistemi müştərilərinə 2014-cü ildə Braziliyadakı futbol üzrə dünya çempionatına getmək şansından istifadə etməyi təklif edir.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bundan əlavə iştirakçılar arasında eksklüziv suvenirlər oynanılacaq.

10 mart - 30 aprel tarixlərində keçiriləcək birgə lotereyada iştirak üçün Azərbaycanda və xaricdə, o cümlədən onlayn alış-veriş zamanı VISA kartı ilə ödəniş etmək, xaricdə bankomat vasitəsilə nağdlaşdırma əməliyyatı aparmaq kifayətdir. Məbləğdən asılı olmayaraq hər bir şəxs, VISA ilə ödədikdə, avtomatik olaraq aksiyaya qoşulur və hər aparılmış əməliyyat bir şans kimi qiymətləndirilir. Qaliblər 2014-cü ilin may ayında təsadüfi seçim yolu ilə seçiləcəklər. Ödənişləri VISA ilə aparın və bu yay futbol həyəcanını canlı izləyin.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti