...

Azərbaycan və Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması məsələsini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2014 16:12 (UTC +04:00)
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Əhməd Osmaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılması məsələsini müzakirə ediblər

Azərbaycan, Bakı, 19 mart /Trend/

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Zarar Əhməd Osmaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, siyasi-iqtisadi əməkdaşlığın inkişafında dövlət başçılarının görüşlərinin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan və Əfqanıstan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir. Ölkələrimiz arasında əlaqələrin genişlənməsində Azərbaycan-Əfqanıstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupu uğurla fəaliyyət göstərir. Ş.Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Əfqanıstanın ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyini vurğulayıb.

Z.Ə.Osmani Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizin qısa müddətdə böyük iqtisadi uğurlar qazandığını xüsusi vurğulayıb, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirib. O, ölkəsinin dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığının daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Əfqanıstanlı nazir Azərbaycanın mühüm coğrafi mövqeyini, böyük tranzit potensialını, xüsusilə Baki-Tbilisi-Qars dəmiryolunun tikintisinin geniş tranzit imkanları yaratdığını vurğulayaraq, bu sahədə əməkdaşlığın inkişafının Əfqanıstan üçün əhəmiyyətini vurğulayıb.

Görüşdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri, o cümlədən Azərbaycanın kənd təsərrüfatı məhsullarının Əfqanıstana ixracı, investisiya layihələrinə dair məlumat mübadiləsi, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün biznes forum, təqdimat və sərgilərin keçirilməsi, iki ölkə arasında hökumətlərarası komissiyanın yaradılması, Azərbaycanın böyük tranzit potensialından istifadə etməklə Əfqanıstana və bu ölkədən yükdaşımaların artırılması imkanları, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı məsələləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti