...

"Mega Sığorta" nizamnamə kapitalını 20 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2014 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Əliyev/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Mega Sığorta" ASC-nin 1,5 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasının yaydığı xəbərdə deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 5 min manat olan 300 səhm buraxılıb. Sövdələşmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Emissiyanın yerləşdirilməsi çərçivəsində şirkətin nizamnamə kapitalı 10,5 milyon manatdan 12 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti