...

AİB Azərbaycanın 2014-cü il üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2014 15:06 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın 2014-cü ildə ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu yaxşılaşdırıb.
AİB Azərbaycanın 2014-cü il üçün iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir A.Axundov/

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın 2014-cü ildə ümumi daxili məhsulunun (ÜDM) artım proqnozunu yaxşılaşdırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı yenilənmiş "Asian Development Outlook" hesabatında deyilir.

Bank 2014-cü ildə ölkə ÜDM-nin 5 faiz təşkil edəcəyini gözləyir. Bundan əvvəl bəyan edilmiş proqnoz isə 4,8 faiz olub.

Bankın analitikləri Mərkəzi Asiya regionunun (bura Azərbaycanı da aid edirlər) inkişafı üzrə proqnozu 2014-cü ildə 6-dan 6,5 faizədək artırıblar.

AİB, həmçinin 2014-cü il üçün Azərbaycanda inflyasiya üzrə proqnozu əvvəlki 7 faizdən 4 faizədək yaxşılaşdırıb. Bankın hesablamalarına görə, 2015-ci ildə ölkədə 3,5 faiz səviyyəsində inflyasiya gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti