...

Britaniya jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkənin ən yaxşı bankı adlandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2014 14:23 (UTC +04:00)
Avropanın aparıcı informasiya və analitik nəşri olan "EMEAfinance" jurnalı Azərbaycan Beynəlxalq Bankını (ABB) "Best Local Bank" mükafatına layiq görüb.
Britaniya jurnalı Azərbaycan Beynəlxalq Bankını ölkənin ən yaxşı bankı adlandırıb

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Avropanın aparıcı informasiya və analitik nəşri olan "EMEAfinance" jurnalı Azərbaycan Beynəlxalq Bankını (ABB) "Best Local Bank" mükafatına layiq görüb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Qeyd edək ki, ABB artıq 6-cı ildir ki, bu mükafata layiq görülür.

Londonda dərc edilən "EMEAfinance" jurnalı Avropa, Yaxın Şərq və Afrika regionları üzrə maliyyə sektorlarının fəaliyyətini işıqlandırır. Jurnalın baş ofisi Londonda yerləşir və onun 25 mindən artıq oxucusu var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti