...

Unibank Salyanda filial açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2014 13:05 (UTC +04:00)
Filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır.
Unibank Salyanda filial açdı

zərbaycan, Bakı, 11 aprel /Trend/

Unibank daha bir filialını Salyanda açdı.

Bankın cümə günü yaydığı məlumata görə, Salyanın mərkəzində, avtovağzala yaxın, Y.Qasımov 2 ünvanında yerləşən yeni filial, Salyan və ətraf rayonların sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Salyan filialı pərakəndə kreditlərin verilməsiylə məşğul olacaq.

Həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır. Yeni filialın açılışı ilə Unibankın filial şəbəkəsi 36-ya çatdı.
Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti