...

"Bakı Sığorta" səhmlərinin bir hissəsini azad satışa çıxarır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2014 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Aprelin 22-dən etibarən Bakı Fond Birjasında (BFB) "Bakı Sığorta" şirkətinin səhmlərinin 352,640 min manat dəyərində (464 səhm) reallaşdırılmayan hissəsinin kütləvi yerləşdirilməsi başlayır.

Trend-in BFB-yə istinadən verdiyi məlumata görə, şirkətin səhmlərinin emissiyasının ümumi həcmi 1,85 milyon manat (hər birinin nominal dəyəri 760 manat olan 2 434 ədəd) təşkil edir. Bu həcmdən 1 497 200 manat (1970 səhm) artıq yerləşdirilib. Emitentin üstünlük hüququ müddətinin başa çatması ilə əlaqədar qalan 464 səhmin fond birjası vasitəsilə kütləvi təklif əsasında satışına başlanılır.

Yerləşdirmə aprelin 24-dək davam edəcək. "Bakı Sığorta"nın səhmlərini əldə etmək istəyənlər BFB-nin üzvü olan şirkətlərə müraciət edə bilərlər.

Şirkət səhmlərin yerləşdirilməsinə aprelin 10-dan başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti