...

Bakının Binəqədi rayonunun inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 May 2014 14:24 (UTC +04:00)
İqtisadiyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Binəqədi rayonunun inkişafının prioritet sahələri üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin rəsmi mətbuatda dərc edilən xəbərində deyilir.
Bakının Binəqədi rayonunun inkişafı üçün investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir E. Əliyev/

İqtisadiyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Binəqədi rayonunun inkişafının prioritet sahələri üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nazirliyin rəsmi mətbuatda dərc edilən xəbərində deyilir.

Mayın 23-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

Tədbir çərçivəsində mövcud iqtidadi potensialın səmərəli istifadəsi məqsədilə sahibkarlarla müzakirə aparılıb və ixtrisaslaşdırılmış "yaşıl market"in, ət kəsimi və digər müasir müəssisələrin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi üçün sahibkarlıq subyektlərindən təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

SKMF-nin vəsaitlərindən istifadə qaydalarına uyğu olaraq, bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Sahibkarların istəyinə uyğun olaraq, kiçik layihələr güzəştli kreditlər hesabına tam maliyyələşdirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti