...

TuranBank "WorldBusiness Capital" ilə kredit sazişi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2014 19:36 (UTC +04:00)
TuranBank "WorldBusiness Capital, Inc." (WBC) ilə 7 il müddətinə əlavə 7 mln. ABŞ dolları məbləğində kredit sazişi imzalayıb.
TuranBank "WorldBusiness Capital" ilə kredit sazişi imzalayıb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

TuranBank "WorldBusiness Capital, Inc." (WBC) ilə 7 il müddətinə əlavə 7 mln. ABŞ dolları məbləğində kredit sazişi imzalayıb.

Cari ilin 2-ci rübü ərzində WBC şirkəti ilə aparılan danışıqlar nəticəsində bankın əsas strateji fəaliyyət istiqamətlərindən sayılan KOS-un maliyyələşdirilməsi istiqamətində 7 il müddətinə əlavə 7 mln. ABŞ dolları məbləğində kredit resursu ayrılıb. İmzalanmış kredit müqaviləsi ABŞ hökumət agentliyi olan Xarici Özəl İnvestisiya Korporatiyası (Overseas Private Investment Corporation) tərəfindən dəstəklənib. Ümumilikdə 7 il müddətinə cəlb olunan vəsaitlər Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsinə istiqamətlənərək, bankın mövcud və yeni müştəriləri arasında kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsi istiqamətində imkanlarını daha da genişləndirəcək.

Bankın WBC şirkəti ilə hazırda imzaladığı kredit sazişi sayca ikincidir. İlk kredit sazişi 29.06.2009-cu il tarixində 10 il müddətinə 7,5 mln. ABŞ dolları məbləğinə KOS-un maliyyələşdirilməsi istiqamətində imzalanıb.

WBC/OPIC-lə yanaşı, bank kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin lazımi maliyyə vəsaitləri ilə təmin edilməsi üçün yerli qurumlardan Sahibkarlığa Kömək Milli Fondu, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, beynəlxalq maliyyə qurumlarından isə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Dünya Bankı qrupu (World Bank Group), o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Beynəlxalq İnkişaf Assosiasiyası (IDA), eyni zamanda, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD), İslam İnkişaf Bankı qrupu, o cümlədən Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası (ITFC), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Bank im Bistum Essen, Societte Generale, BCP, ZiraatBank, BankAsya ilə birgə layihələr həyata keçirməklə ölkə üçün önəmli olan qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti