...

Bakıda nəqliyyat kartının yekun tətbiqinin tarixi açıqlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2014 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir E.İsmayılov/

2014-cü ilin sonu - 2015-ci ilin əvvəlində Bakıdakı bütün sərnişin avtobusları gediş haqqının kartla ödənilməsi sisteminə keçəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib.

Onun sözlərinə görə, cari ilin fevralında gediş haqqının kartla ödənilməsi sistemi 30 marşrutda və ya təqribən 774 avtobusda tətbiq edilib və yaxın vaxtlarda bu, daha 40 marşrutu və ya paytaxtın mindən artıq sərnişin avtobusunu əhatə edəcək.

Hazırda Bakıda 2500-dən çox avtobus fəaliyyət göstərir.

N.Həsənov qeyd edib ki, ictimai nəqliyyatda gedişhaqqının nağd şəkildə ödənilməsi kart ödəniş sistemi tam tətbiq edilənədək qüvvədə olacaq.

Ümumilikdə satışa təqribən 400 min kart çıxarılıb və bunlardan 200 minə yaxını vətəndaşlar tərəfindən alınıb.

Onun sözlərinə görə, heç kəs sərnişinlərin gediş haqqını kart vasitəsilə ödəməsindən imtina edə bilməz.

Avtobus və metroda gediş haqqının vahid kartla ödənilməsi imkanlarına gəlincə, N.Həsənov bildirib ki, bu məsələ gündəlikdə deyil: "Bu onunla əlaqədardır ki, Bakı Metropolitenində gediş haqqının kart sistemi ilə ödənilməsi daha əvvəl tətbiq edilib və hazırda avtobuslarda tətbiq edilən sistemdən fərqlənir".

Nəqliyyat kartının qiyməti 3 manatdır, bundan 2 manat sığorta depozitidir, 1 manat isə kartın balansına yüklənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti