...

Səlim Müslümov: Azərbaycanda qüvvədə olan əmək müqavilələrinin elektron qeydiyyatı üçün möhlət veriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2014 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycanda işəgötürənlərə qüvvədə olan əmək müqavilələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində qeydiyyatı üçün möhlət veriləcək. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Azərbaycanda işəgötürənlər qüvvədə olan əmək müqavilələrindəki məlumatları 2014-cü il iyulun 1-dək nazirliyin elektron informasiya sisteminə daxil etməlidirlər, əks təqdirdə onları 7 mindən 10 min manatadək məbləğində cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Bazaya elektron bildiriş təkcə əmək müqavilələrinin bağlandığı vaxt deyil, həm də sənəddə dəyişiklik edilərkən və ya sənəd ləğv edilərkən daxil edilməlidir. Sistem tam işə salındıqdan sonra bildiriş bir gün ərzində qeydiyyata alınacaq.

S.Müslümov qeyd edib: "Əvvəlcə hazırda çalışan işçilərin qeydiyyatının sistem işə salınanadək, yəni bu il iyulun 1-dək tamamlanması planlaşdırılmışdı. Təəssüf ki, bu qeydiyyatın formasının təsdiqlənməsi ilə bağlı yubanma baş verdi. Nazirlər Kabineti müvafiq qərarı iyunun 6-da qəbul etdi. Beləliklə, hesab edirəm ki, qüvvədə olan əmək müqavilələrinin qeydiyyatı üzrə lazım olan bütün tədbirlərin görülməsi üçün sahibkarlara 3 aylıq möhlət verəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti