...

Unibank-dan 0 faiz komissiyalı kredit

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2014 11:25 (UTC +04:00)
В ОАО "Unibank" проводится специальная акция, посвященная Дню Вооруженных сил.
Unibank-dan 0 faiz komissiyalı kredit

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Silahlı Qüvvələr günü münasibəti ilə Unibank-da xüsusi aksiya keçirilir. Yalnız 1 gün- iyunun 25-də Unibank filiallarından nağd kredit götürən hər bir müştəri bütün komissiya xərclərindən azad edilir. Üstəlik, bütün müştərilərə ALBALI PLUS kartı hədiyyə olunacaq. Yalnız şəxsiyyət vəsiqəsi və iş yerindən arayışla istədiyiniz Unibank filialına yaxınlaşıb, bayram sürprizlərindən faydalana bilərsiniz.

İndi Unibank-dan götürülən hər 1000 manat kreditə görə, aylıq ödəniş faiz və əsas borc daxil olmaqla cəmi 31 manatdan başlayır. Kreditin maksimal məbləği 10.000 AZN təşkil edir. Unibank-dan kredit götürən müştərilərə 6%-dək endirim kampaniyası da davam edir. Bank filiallarına müraciət edən müştərilər cəmi 20 dəqiqə ərzində kredit ala bilirlər.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə, Unibank-dan 10.000 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti