...

"British Airways" yüksək texnologiyalı yorğanın sınağına başlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2014 16:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend/

"British Airways" aviaşirkəti sərnişinlərə uçuş vaxtı rahat yuxu təmin etmək üçün beyin dalğaları vasitəsilə rəngini dəyişən yüksək texnologiyalı yorğanın sınağına başlayıb.

Fiber optika ilə təchiz olunmuş "Xoşbəxt yorğan" nevro-sensorlarla idarə olunur və insan beyninə ötürülən dalğalar vasitəsilə rəngləri qırmızıdan maviyə dəyişdirərək sərnişinlərin istirahət vaxtını müəyyən edir.

Aviaşirkət ümid edir ki, uçuş vaxtı sərnişinlərin istirahət zamanlarından xəbərdar olaraq, xidmət səviyyəsini yaxşılaşdırılacaq, belə ki, sözügedən yenilik aviaşirkətə yemək və hətta filmlərə baxmaq vaxtını dəyişdirmək imkanı yaradacaq ki, bütün bunlar "British Airways" reyslərində sərnişinlərə rahat yuxu və istirahəti təmin edəcək.

Ötən həftə könüllülərdən ibarət bir qrup adam Hitroudan Nyu-Yorka uçan təyyarədə bu xidmət növündən istifadə edib və bu haqda hesabat vermişlər.

"İlk dəfədir ki, bu texnologiyadan uçuş vaxtı istifadə olunub. "British Airways" şirkətinin bu texnologiyadan istifadəsi uçuş zamanı sərnişinlərin istirahətinin hansı amillərdən - salonda olan işığin yemək vaxtı və ya istirahət vaxtı təsiri, oturacaqların səviyyəsi və s. asılılığını bildirir, bütün bunlar araşdırmalar yolunda daha bir vasitədir. Biznes sinifdə çarpayıların tətbiq olunmasında birinci aviaşirkət olaraq, biz müştərilərimizin yuxu və istirahət məsələsinə çox ciddi yanaşırıq. İstəyirik ki, müştərilərimiz üçün hər şeyin yaxşısı olsun", - deyə "British Airways"ın müştəri xidmətləri üzrə brend meneceri Frank van der Post bildirib.

Təşəbbüsə dəstək olaraq, London kollecinin insan beyninin araşdırılması üzrə professor Vinsent Volş (Vincent Walsh) bildirib: "Hamar yerdə yatmaq sizin bioloji vaxtınızı bərpa edir ki, bu da uzun sürən uçuşdan sonra özünüzü rahat və dincəlmiş hiss etmək imkanı verir. Qərbə qisa transatlantik reysləri gündüz yuxusu üçün geniş imkanlar yaradır, Nyu-York və ya Los-Ancelesdə axşam vaxtı özünüzü gümrah hiss etmək imkanı verəcək. Siz heç vaxt yaxşı yuxunun əhəmiyyətini qiymətləndirməyə bilməsiniz, mən isə böyük maraqla uçuş zamanı "xoşbəxt yorğanın" istirahət və yuxu vaxtı təsirini gözləyirəm. Uçuş zamanı bədənimiz bir sıra problemlərlə rastlaşır, lakin rahat yuxu almaq vacibdir. Siz beyinin işini bir neçə zaman zonasında olarkən yaxşılaşdırılmasına əmin olmalısınız. Uzanarkən əmin olun ki, sizin gözləriniz qaranlıqda işığın, kompüterin təsirindən azad olur, bu da uzun müddətli uçuş zamanı yatmağa və rahat uçmağa kömək edir".

Professor Volş uçuş zamanı yuxunun yaxşılaşdırılması üçün məsləhət görür:

- Uçuşdan öncə yüngül yemək
- Mümkün qədər rahat oturacaq sifariş etmək
- Qan dövranın yaxşılaşdırılması üçün ayaqqabının çıxarılması
- Tərkibində kofein olan içkilərdən (çay, kofe və ya qazlı içkilər) imtina
- Ayıq vəziyyətdə olarkən təklif olunan suyun götürülməsi
- Yatmaq istəyərkən kinoya baxmamağa, kompüter və telefondan istifadə etməməyə çalışmaq
- Göz maskasından istifadə etmək və əmin olmaq ki, ətrafda işıqlar söndürülüb və pəncərədəki jalüzlər aşağı salınıb
- İstirahət zamanı qulaqcıqlardan istifadə etmək və ya yüngül musiqiyə qulaq asmaq
- Öz bədəninə qulaq asmaq - yuxu vaxt itkisi deyil

Əgər yuxu dərmanı sizə kömək edirsə, onu Londondan Nyu-Yorka uçuş zamanı Nyu-Yorka çatarkən yuxudan öncə qəbul edin. Londondan Pekinə uçuş zamanı isə Pekində istifadə edin. Tez-tez təyyarə ilə səyahət edirsinizsə, yuxarıda qeyd olunan məsləhətləri vərdiş edə bilərsiniz. Yuxu vərdiş halını almalıdır.

"British Airways" uçuş zamanı stressi azaltmaq və sərnişinlərin rahatlığını təmin etmək üçün xüsusi vasitələrdən istifadə edir. Məsələn, aviqşirkət ötən həftə uzaq məsafəyə uçuş zamanı təyyarənin göyərtəsində "Slow TV" proqramının yayımını elan edib.
"British Airways" şirkətinin sistemində əyləncə üçün 130-dan çox kinofilm, 650 TV-şou, 550 audio-albom və 225 radio şousu mövcuddur.

"Kantar Media" şirkətinin "British Airways" üçün apardığı tədqiqatdan məlum olub ki, sərnişinlər öz səyahətlərini başlayan zaman "Nesting" vəziyyətində olurlar, hansi ki, onların uçuş zamanı əyləncə seçimini və ətraf komfortun yaxşılaşdırmasını özünə daxil edir. Yeməkdən sonra sərnişinlər növbəti "Me Time" mərhələsinə daxil olurlar, hansı ki, film izləməyə ya da iş görməyə həsr olunur. Sonuncu "Adjustment" mərhələsi zamanı isə sərnişinlər təzə təyinatları üçün hazırlıq aparırlar.

"Ipsos Mori" şirkəti tərəfindən uçuş zamanı insanın 7 emosiya mərhələləri aşkar olunub ki, bunlar həzz, xoşbəxtlik, aidiyyət, təhlükəsizlik, nəzarət, səlahiyyət və şuxluqdur.

"British Airways" şirkəti yuxunun və istirahətin köməyi üçün hava limanlarında çoxsaylı "lounge" zallarında uçuşdan öncə yemək, həmçinin uçuş zamanı yüngül və sərinləşdirici nahar xidmətlərini təklif edir.

Bu link vasitəsilə "British Airways" şirkətinin 30 000 funt hündürlükdə keçirdiyi "Xoşbəxt yorğan" testi haqqında məlumat ala bilərsiniz: www.youtube.com/watch?v=9oF0-28MOoU

Vinsent Volş Avropanın aparıcı koqnitiv nevrologiya institutu sayılan London Kollec Universitetinin professorudur. O, təzyiq altında beynin stimullaşdırılmasının öyrənilməsində ixtisaslaşır. V.Volşun 300-dən artıq elmi nəşrləri mövcuddur, iş məhsuldarlığına baxmayaraq, o, həm elmi nəzərdən, həm də şəxsi yuxuya çox ciddi yanaşır. V.Volş deyib: "Yuxu həyatımızın üçdə birini təşkil edir. Yuxunu nəzarət altına almaq istifadə etmədiyimiz ən böyük problemimizdir, hansı ki, sağlamlığımıza və rifahımıza ziyan vurur".

Yay mövsümində "British Airways" həftədə 10 aviareys, qış mövsümündə isə Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər həyata keçirir.

"British Airways" - marşrut şəbəkəsi 75 ölkə, 170 istiqaməti əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir.

"British Airways" hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır.

Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon təklif edilir - Biznes və Ekonom.

"British Airways" yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.

Əlavə məlumat üçün "British Airways" aviaşirkətinin Azərbaycandakı mətbuat nümayəndəliyinə müraciət edə bilərsiniz:
Тel: (012) 436 85 09
E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti