...

TuranBankın MasterCard sahibləri üçün Türkiyədə endirim kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2014 12:58 (UTC +04:00)
Türkiyəyə səyahət edəcək TuranBankın MasterCard kartlarının sahibləri 2014-cü il avqustun 31-dək davam edəcək kampaniya çərçivəsində Beymendə qiymətlərdə 10% endirim və vergidən azad alış-veriş etmək imkanı qazanacaqlar.
TuranBankın MasterCard sahibləri üçün Türkiyədə endirim kampaniyası

Azərbaycan, Bakı, 12 iyul /Trend/

Türkiyəyə səyahət edəcək TuranBankın MasterCard kartlarının sahibləri 2014-cü il avqustun 31-dək davam edəcək kampaniya çərçivəsində Beymendə qiymətlərdə 10% endirim və vergidən azad alış-veriş etmək imkanı qazanacaqlar. Bundan əlavə, Nişantaşıda, İstinyePark və Zorlu Center ticarət mərkəzlərində onları fərdi bazarlıq və staylinq, qaldıqları mehmanxanalarda istəklərinə uyğun eksklüziv alış-veriş xidməti gözləyir. Kampaniya, həmçinin İstiyePark Mall-da yerləşən Bottega Veneta, Dolce&Gabbana, Etro, Marc by Marc Jacobs, Moschino butiklərində, Nişantaşı, Abdi İpekçi küçəsində yerləşən Tod's butiklərində və Zorlu Center Mall-da yerləşən Dolce&Gabbana, Stella Mccartney, Tory Burch, Valentino, Saint Laourent, Emilio Pucci butiklərində keçərlidir.

Aksiyada TuranBank tərəfindən buraxılan MasterCard kartlarının sahibləri iştirak edir. Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir.

TuranBankın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda Bank, əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir. MasterCard kartlarını TuranBankın bütün filallarında sifariş vermək olar.

TuranBank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank, "Muştuluq" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini 9% endirmişdir. Bundan başqa, adı çəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə TuranBank, Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçridiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaratmışdır. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər.

TuranBank, "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Hazırda Bank, öz müştərilərinə Western Union, Contact, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pul köçürmə sistemləri üzrə xidmət göstərir.
Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 19 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

TuranBankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti