Azərbaycan, Bakı, 1 avqust /Trend/
"Amrahbank"ın 450 müştərisi "Səxavətli kredit" adlı uduşlu kredit kampaniyasının qalibi olub.
Bankdan Trend-ə daxil olan məlumata görə, kampaniyanın müddəti bitdikdən sonra uduş fondu 28 000 AZN-ə yaxın olan lotereyada qalib gəlmiş müştərilərin adları xüsusi seçilmiş tiraj komissiyasının birbaşa iştirakı ilə lototrondan kuponların çıxarılması ilə müəyyən olunub.
Onlardan 10 nəfəri "Samsung" markalı televizor, 15 nəfəri "Samsung" markalı planşet, 15 nəfəri "Sony-Xperiya" markalı mobil telefon, 10 nəfəri "Canon" markalı fotokamera, 400 nəfəri isə avtomobil üçün günlüklər və USB qazanıblar.