...

“Muğanbank” regionlarda filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2014 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Muğanbankın Şəki, Zaqatala və Şirvan şəhərlərində yeni filialları fəaliyyətə başladı. Bununla bank regionlarda xidmət şəbəkəsini daha da genişləndirərək müştərilərinə bir az da yaxın oldu.

Yeni filialların açılması ilə Muğanbank regionlarda yaşayan əhalinin müxtəlif bank xidmətlərindən yararlanmasına şərait yaradır. Filillarda fiziki və hüquqi şəxslərə xidmət göstərərək, onlara hesab açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edilir.

Yeni açılmış Şəki, Zaqatala və Şirvan filialları müvafiq olaraq aşağıdakı ünvanlarda müştərilərini gözləyirlər:

ŞƏKİ filialı:

Ünvan: Şəki şəhəri, H.Əliyev prospekti 73
Tel: 0242442325, 0242442358

ZAQATALA filialı:

Ünvan: Zaqatala şəhəri, Heydər Əliyev prospekti 91
Tel: 02422 5 65 59

ŞİRVAN filialı:

Ünvan: Şirvan şəhəri, 20 yanvar küçəsi
Tel: 02121 5 30 22; 02121 5 24 04

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 41 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına, həmçinin https://www.facebook.com/pages/Muganbank/106864156005722?ref=hl facebook səhifəsinə keçid ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti