Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir Emil İsmayılov/
Sentyabrın 22-dən başlayaraq, "Azərbaycan Hava Yolları" QSC Bakı-Həştərxan-Bakı istiqamətində (Bazar ertəsi/Çərşənbə axşamı günləri) müntəzən uçuşların yerinə yetirilməsini bərpa edir. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC -dən məlumat veriblər.
Bakıdan uçuş saat 19.00-da (eniş 19.20), Həştərxandan uçuş (05.35) isə saat 03.15-də həyata keçiriləcək.
Uçuşlar müasir və komfortlu Embraer tipli hava gəmiləri ilə həyata keçiriləcəkdir.