...

Azərbaycanda əmək müqavilələrin elektron qeydiyyatı prosesi sürətlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2014 13:45 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində əmək müqavilələrin qeydiyyatı yaxın vaxtlarda başa çatacaq.
Azərbaycanda əmək müqavilələrin elektron qeydiyyatı prosesi sürətlənib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində əmək müqavilələrin qeydiyyatı yaxın vaxtlarda başa çatacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, hər gün sistemdə ən azı 25-30 min əmək müqaviləsi qeydiyyata alınır.

S.Müslümov qeyd edib ki, elektron sistemdə qeydiyyata alınmış əmək müqavilələrin sayı hazırda 550 mini ötür: "Güman edirəm ki, belə templə yaxın vaxtlarda bu proses başa çatacaq. Ən gec tarix bu ilin sonudur".

O vurğulayıb ki, nazirliyin "Qaynar xətt"inə müraciətlərin 90 faizi məhz bu məsələ ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti