...

Azərbaycan I Asiya Biznes Sammitinə dəvət olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2014 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr/Trend, müxbir Azad Həsənli/

2014-cü ilin 6-7 noyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada "Böyük İpək Yolunun Dirçəlişi" adlı pərakəndə satış və istehlak mallarının distribusiyası üzrə I Asiya Biznes Sammiti keçiriləcək. Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.

Tədbirdə MDB ölkələri, Çin, Türkiyə və digər ölkələrdən 5000 nəfərin iştirakı nəzərdə tutulur. Sammitdə pərakəndə satış şəbəkələri, istehsalçı, idxalçı, logistika və digər sahələri təmsil edən şirkətlərin rəhbərlərinin iştirakı planlaşdırılır.

Tədbirin təşkilatçıları olan Qazaxıstan Milli Sahibkarlar Palatası və "B2B Conference Group" şirkəti Azərbaycan sahibkarlarını həmin tədbirdə iştiraka dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti