...

Azərbaycandan Rusiyaya bu il 160 min tona yaxın meyvə-tərəvəz gətirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2014 17:10 (UTC +04:00)
Cari ildə Rusiya Federasiyası dövlət sərhədinin Dağıstan məntəqəsi vasitəsilə Azərbaycandan 157 min ton meyvə-tərəvəz məhsulları gətirilib.
Azərbaycandan Rusiyaya bu il 160 min tona yaxın meyvə-tərəvəz gətirilib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Cari ildə Rusiya Federasiyası dövlət sərhədinin Dağıstan məntəqəsi vasitəsilə Azərbaycandan 157 min ton meyvə-tərəvəz məhsulları gətirilib. Trend-in məlumatına görə, bu barədə RİA "Dağıstan" agentliyinə "Rosselxoznadzor"un (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) Dağıstan üzrə Ərazi İdarəsindən bildiriblər.

Respublikaya daha çox kartof, qoz-fındıq və s. gətirilib.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycana səfəri zamanı deyib ki, ölkənin qonşu dövlətlərlə ikitərəfli ərzaq tədarükü sahəsində əməkdaşlığı yalnız güclənəcək.

Onun sözlərinə görə, Rusiyada mağazalarda qonşu ölkələrdən daha çox gətirilən meyvə-tərəvəz və ət satılacaq: "Ərzaq məhsullarına tətbiq edilən sanksiyalar Rusiya və Azərbaycan üçün yeni imkanlar pəncərəsi açır. Bu ölkə artıq bizim bazarlarımıza daha çox həcmdə tərəvəz, meyvə və ət ixrac edir. Lakin bu gün əlavə tələbat yaranıb ki, bu da artıq əldə olunan razılığa görə daha çox ərzaq ixracına gətirib çıxaracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti