...

“Amrahbank”ın Goranboy filialı fəaliyyətə başladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2014 15:11 (UTC +04:00)
“Amrahbank”ın Goranboy filialı S.Civəzadə küçəsi 37 ünvanında fəaliyyət göstərməyə başladı. Bu məqsədlə 22.10.2014-cü il tarixdə filialın açılış mərasimi keçirildi.
“Amrahbank”ın Goranboy filialı fəaliyyətə başladı

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

"Amrahbank"ın Goranboy filialı S.Civəzadə küçəsi 37 ünvanında fəaliyyət göstərməyə başladı. Bu məqsədlə 22.10.2014-cü il tarixdə filialın açılış mərasimi keçirildi.

Bankdan Trendə daxil olan məlumata görə, "Amrahbank"ın korporativ imicinə uyğun olaraq formalaşmış Goranboy filialında həm fiziki, həm də korporativ müştərilərə bütün növ bank xidmətləri göstəriləcəkdirr.

Açılış mərasimini giriş sözü ilə açan İdarə Heyətinin sədri v.i.e. cənab Emil Həsənov mərasim iştirakçılarını salamladı, yerli İcara Hakimiyyətinə yaratdıqları şəraitə görə bankın səhmdarları adından öz minnətdarlığını bildirdi. O, qeyd etdi ki, bu filialin açılışı, ölkə Prezidentinin bu regiona olan sonuncu səfəri ilə təxmini eyni vaxta təsadüf edir. Sayca "Amrahbank"ın 23-cü filialı olan Goranboy filialının açılışı regionların sosial-iqtisadi inkişaf layihələrinə bizim də bir töhfəmizdir. Amrahbank dinamik sürətlə inkişaf edən banklardan biridir. Bizim əsas məqsədimiz müasir tələbləri nəzərə alaraq bu günkü potensialımıza uyğun olan bank xidmətlərimizi müştərilərin istifadəsinə təqdim etməkdir. Bu gün Bankımız tərəfindən müştərilərimizə ənənəvi bank xidmətləri göstərilməklə yanaşı, eyni zamanda onlara bizneslərinin inkişafı üçün hərtərəfli dəstək də göstərilir".

Tədbirdə Goranboy rayon İcra Hakimiiyyəti Başçısının müavini cənab E. İsmayılov, "Amrahbank"ın təşkilati struktur rəhbərləri, filial direktorları, yerli sahibkarlar və digər bankların filiallarının rəhbərləri də iştirak etdilər.

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. Hal-hazırda bankın 23 filiali və 1 şöbəsi fəaliyyət göstərən bank paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionlarını əhatə edir.

2014-cü ilin 9 ayının nəticələrinə görə "Amrahbank"ın məcmu kapitalı 56 mln. AZN-i keçmişdir, müvafiq olaraq Bankın xalis mənfəəti 5 mln. AZN təşkil etmişdir. Bank ilin sonuna qədər xalis mənfəətini 7 mln. AZN-ə çatdırmağı qarşısına hədəf qoymuşdur.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti