...

Bank VTB-nin "Əhmədli" filialının kredit portfeli 5 milyon manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2014 20:09 (UTC +04:00)
"Bank VTB" (Azərbaycan) ASC-nin "Əhmədli" filialının kredit portfelinin həcmi 5 milyon manatı ötüb.
Bank VTB-nin "Əhmədli" filialının kredit portfeli 5 milyon manatı ötüb

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

"Bank VTB" (Azərbaycan) ASC-nin "Əhmədli" filialının kredit portfelinin həcmi 5 milyon manatı ötüb.

Bankdan Trend-ə verilən məlumata görə, hazırda "Əhmədli" filialının fəaliyyətində sürətli inkişaf dinamikası müşahidə olunur. Fəaliyyət göstərdiyi 10 ay ərzində "Əhmədli" filialı 1200-dən çox müştəriyə kredit verib.

Filialın kredit portfelində istehlak kreditlərinin həcmi 4,9 milyon manatdan çox olub. İstehlak kreditlərinin strukturunda təminatsız kreditlər 4,6 milyon manat, təminatlı kreditlər isə 335 min manat təşkil edib.

"Əhmədli" filialının direktoru Elşən Nizamov qeyd edib: "Filial kiçik və orta sahibkarlığın kreditləşməsinə böyük diqqət ayırır. Filialımızın əsas məqsədlərindən biri iqtisadiyyatın real sektorunun kreditləşməsi üzrə kredit portfelinin artırılmasıdır. Sahibkarları əməkdaşlığa cəlb etmək məqsədilə filial sərfəli şərtlər əsasında geniş çeşiddə bank xidmətlərini təklif edir".

Bu günə kimi filial biznes layihələrinə 120 min manat vəsait ayırıb.

Bankın "Əhmədli" filialı paytaxt əhalisinin sıx məskunlaşdığı "Əhmədli" metrostansiyasının çıxışında yerləşir. Filial həm fiziki şəxslərə, həm də kiçik və orta sahibkarlıqla məşğul olan şəxslərə müasir bank məhsulları, o cümlədən kreditlər və depozitlər, kommunal xidmətlərin ödənişi, təcili pul köçürmələri və plastik kartlar kimi xidmətlər təqdim edir.

"Bank VTB" (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 11 filial və baş ofis yanında Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti