...

Azərbaycanda elektron lizinq tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2014 14:25 (UTC +04:00)
Azərbaycanın "Aqrolizinq" ASC dövlət lizinq şirkəti öz xidmətlərinin “elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə təqdim edəcək.
Azərbaycanda elektron lizinq tətbiq ediləcək

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir Azad Həsənli/

"Aqrolizinq" ASC dövlət lizinq şirkəti öz xidmətlərini "elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə təqdim edəcək.

Bu, Nazirlər Kabinetinin noyabr 24-də "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarında dəyişiklik edilməsi sayəsində mümkün olub. Trend xəbər verir ki, bu barədə rəsmi mətbuatda dərc olunmuş məlumatda deyilir.

İndi kənd təsərrüfatı texnikasını lizinqlə əldə etmək üçün müraciət və sənədlərin onlayn verilməsi mümkün olacaq.

"Aqrolizinq" ASC ölkənin Kənd Təsərrüfatı Nazirliyinin balansındadır və 2004-cü il oktyabrın 23-də yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti