...

"British Airways" virtual reallıq texnologiyasını istifadəyə verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2014 14:24 (UTC +04:00)
“Pussycat Dolls” qrupunun keçmiş solisti və multi-platin solo ifaçısı olan Nikol Şerzinger “British Airways” aviaşirkətinə sərnişinlərə bilet sifarişindən və təyin olunmuş məntəqəyə çatmazdan öncə virtual aləmdə istiqamətlərdən yararlanmaq imkanı verən son innovasiyasını işə salmaqda yardım edib.
"British Airways" virtual reallıq texnologiyasını istifadəyə verir

Azərbaycan, Bakı, 8 dekabr/Trend/

"Pussycat Dolls" qrupunun keçmiş solisti və multi-platin solo ifaçısı olan Nikol Şerzinger "British Airways" aviaşirkətinə sərnişinlərə bilet sifarişindən və təyin olunmuş məntəqəyə çatmazdan öncə virtual aləmdə istiqamətlərdən yararlanmaq imkanı verən son innovasiyasını işə salmaqda yardım edib.

"Oculus Rift" virtual reallıq qarniturunun daşıyıcısı yüksək keyfiyyətdə - Texasda mustanq üzərində getmə, Kaliforniya çimərliyində taxta döşəmə üzərində rolikli konkisürmə və tanınmış Nyu-York mənzərəsi fonunda konkisürmədən istifadə edə bilər.

"British Airways"ın hazırladığı video-çarxlar məni Amerikanın sevdiyim yerlərinə apardı. Tez-tez səfər etdiyim üçün bu yeni texnologiya məni çox maraqlandırdı. Mən ondan bayramlarda ilhamlanmaq üçün, həmçinin yeni bir yeri ziyarət etməzdən öncə virtual reallıqda orada olmaq üçün istifadə edirəm. Hər hansı bir yerdə oranı ziyarət etməmişdən öncə olmaq imkanı möhtəşəmdir", - deyə Nikol Şerzinger bildirib.

Virtual reallıq aləmində təcrübə gələcək nəsil səyahətçilər tərəfindən yeni texnologiyanın nə cür istifadə edəcəyinə həsr olunmuş tədqiqatın bir hissəsidir. "British Airways" aviaşirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo de Renzis bildirib: "Bu, gələcək səyahətçilər üçün irəliləyişin yalnız başlanğıcıdır. Təsəvvür edin ki, siz sifariş edəcək hoteldə öncədən ola bilərsiniz və ya "Time Square" meydanına gəzintiyə çıxıb, ətrafında hansı görməli yerlərlə tanış ola bilərsiniz. Hazırkı səyahətçilər məntəqələri "TripAdvisor", xəritə və küçələri gözdən keçirərək seçir, və "Oculus Rift" müştərinin istədiyi yerdə virtual aləmdə olmaq üçün növbəti addımdır".

"British Airways"ına üç virtual reallığın hazırlanması üçün xüsusi avadanlıqlar üzərində quraşdırılmış altı kamera ilə çəkilən müxtəlif yerlərin real kadrları istifadə olunub. Daha sonra istifadəçiləri Atlantik okean üzərindən möhtəşəm virtual reallığa aparan altı müxtəlif video-çarx 360 dərəcə görüntünü yaratmaq üçün redaktə olunub.

"Virtual reallıq texnologiyası çox sürətlə inkişaf edir və turizm sektoru üçün dəyişdirici açar qismində yardım edə bilər. Bu, biznesi və ailəvi səyahətləri yeni səviyyəyə çıxaracaq ki, burada müştərilər əvvəllər olmadığı kimi evlərində oturaraq özlərinin turizm istiqamətləri ilə tanış ola biləcəklər", - deyə Paolo de Renzis əlavə edib.

"British Airways"ın "Oculus Rift" virtual reallıq qarniturları yaxın gələcəkdə aviaşirkətin müştəriləri üçün əlçatan olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti