...

"Fitch" Access Bank-ın reytinqini yüksəltdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2014 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir Azad Həsənli/

Beynəlxalq "Fitch Ratings" agentliyi "Access Bank" üçün xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) "Sabit" proqnozla "ВВB-" səviyyəsinədək yüksəldib. Bu barədə Trend agentliyə istinadən məlumat verir.

Bu, Azərbaycan bankları arasında ən yüksək reytinqdir.

Bundan başqa, "Fitch" qısamüddətli EDR-i "F3" səviyyəsinədək yaxşılaşdırıb, dəstək reytinqini "2" səviyyəsinədək artırıb, eləcə də davamlılıq reytinqini "bb-" səviyyəsində, qısamüddətli EDR-i isə "B" səviyyəsində təsdiq edib.

Agentliyin hesabatına əsasən, cari ilin I yarısının sonuna bankın vaxtı ötmüş bütün kreditlərinin xüsusi çəkisi ümumi kredit portfelinin 0,2 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti