...

Azərbaycanda qeyri-neft sahələrində istehsalın həcmi il ərzində 6,6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2014 13:30 (UTC +04:00)
2014-cü ilin yanvar-noyabr aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 29,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Azərbaycanda qeyri-neft sahələrində istehsalın həcmi il ərzində 6,6 faiz artıb

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

2014-cü ilin yanvar-noyabr aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 29,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sənaye məhsulunun 70,4 faizi istehsal olunmuş mədənçıxarma bölməsində 38,4 milyon ton neft, 17,0 milyard kub metr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib. Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 23,4 faizini təşkil edib, qida, içki, tütün məmulatlarının, toxuculuq, geyim, kimya, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib.

İstehsal edilmiş sənaye məhsulunun 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-noyabr aylarının səviyyəsini 6,6 faiz üstələyib, neft-qaz sektorunda isə 3,0 faiz azalıb.

Ümumi sənaye istehsalının 92,7 faizi malların (əmtəələrin), 7,3 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,1 faizi özəl bölmədə istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti