...

"Bank of Baku"nun Şəki filialı yeni ünvanda (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2015 14:27 (UTC +04:00)
“Bank of Baku”-nun filial şəbəkəsinin təkmilləşdirilməsi və müştərilərin rahatlığının təmin edilməsi məqsədilə bankın “Şəki” filialı yeni ünvana köçüb.
"Bank of Baku"nun Şəki filialı yeni ünvanda (FOTO)

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

"Bank of Baku"-nun filial şəbəkəsinin təkmilləşdirilməsi və müştərilərin rahatlığının təmin edilməsi məqsədilə bankın "Şəki" filialı yeni ünvana köçüb. "Bank of Baku"dan çərşənbə günü Trend-ə verilən məlumata görə, bundan belə, bank filialı daha rahat və müasir ofisdə fəaliyyət göstərəcək. Filial müştərilərə bütün növ bank xidmətləri göstərir.

Bununla əlaqədar "Bank of Baku"-nun Baş Direktoru Fərid Əlizadə deyib:"Bankımızın strateji inkişaf proqramında həm yeni filialların açılışına, həm də mövcud olan filialların təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Bu proqrama uyğun olaraq biz füsünkar Şəki şəhərində rahat və müasir filialımızı yaratdıq. Yeni filialda xüsusi zona yaradılıb və burada çalışan 7 təcrübəli əməkdaşımız kiçik və orta sahibkarlığın kreditləşməsinə dair geniş xidmətlər göstərəcək. İmkandan istifadə edib xatırladım ki, "Bank of Baku" "Start UP" biznes kreditləri proqramını uğurla icra etməkdədir. Bu proqram sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərə güzəştli kreditlər almağa imkan verir".

"Bank of Baku"-nun "Şəki" filialında:

-istehlak və biznes kreditləri rəsmiləşdirmək,
-əmanət yerləşdirmək,
-pul köçürmək,
- kredit kartları əldə etmək və bir çox digər xidmət və məhsullardan faydalanmaq olar.

Bank filialı müştəriləri bu ünvanda qəbul edəcək : M. Ə. Rəsulzadə pr-ti 149B. "Bank of Baku"-nun "Şəki" filialı həftənin altı günü (bazar ertəsi-şənbə) saat 9.00-dan 17.00-a kimi müştəriləri qəbul edir. "Bank of Baku"-nun ölkə boyunca 25 filialdan ibarət şəbəkəsi barədə ətraflı məlumatı bu keçiddən əldə etmək mümkündür : http://www.bankofbaku.com/az/filials-and-atms/fillials/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti