...

“Günay Sığorta” ASC-nin səhmlərinin satışına start verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2015 14:41 (UTC +04:00)
Bakı Fond Birjasında (BFB) yanvarın 8-dən “Günay Sığorta” ASC-nin ümumi məbləği 2,3 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanıb.
“Günay Sığorta” ASC-nin səhmlərinin satışına start verilib

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

Bakı Fond Birjasında (BFB) yanvarın 8-dən "Günay Sığorta" ASC-nin ümumi məbləği 2,3 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlanıb. Trend xəbər verir ki, bu barədə birjanın yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri min manat olan 2,3 min səhm buraxılıb. Emissiyanın yerləşdirmə dövrü 2016-cı il yanvarın 3-də başa çatır.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Dekabank" ASC-nin adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Yerləşdirmənin anderrayteri "Texnika Kapital Menecment" ASC-dir.

Şirkətin nizamnamə kapitalı 5,4 milyon manat, ümumi kapitalı 5,044 milyon manatdır ki, bu da Maliyyə Nazirliyinin ümumi kapitala olan minimum tələbini [yanvarın 1-dən beş milyon manat təşkil edir] üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti