...

"PAŞA Həyat" filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2015 18:29 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” ASC-nin Sumqayıt şəhərində yerləşən “Şimal” filialı fəaliyyətə başlayıb.
"PAŞA Həyat" filial şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 6 fevral /Trend/

"PAŞA Həyat Sığorta" ASC-nin Sumqayıt şəhərində yerləşən "Şimal" filialı fəaliyyətə başlayıb.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, şirkətin sayca ikinci filialı olan "Şimal" filialı Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 2 (45-ci məhəllə ilə 5-ci mikrorayonun arası) ünvanında yerləşir.

Yeni filialda baş ofisdə olduğu kimi həyat sığortası üzrə bütün xidmətlər, icbari və könüllü həyat sığortası məhsulları, o cümlədən istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsullarının satışı həyata keçirilir.

Sığorta xidmətləri ilə yanaşı, filial həyat sığortası məhsullarının tanıdılması istiqamətində bölgədə maarifləndirmə işlərini də həyata keçirmək niyyətindədir.

"Şimal" filialının fəaliyyətə başlaması ölkənin şimal bölgəsində yaşayan sakinlərin sığorta xidmətlərindən istifadəsini, eləcə də bu xidmətlərdən yararlanmasını daha da asanlaşdıracaq.

Qeyd edək ki, mövcud inkişaf strategiyasına müvafiq olaraq, "PAŞA Həyat" ölkənin regionlarında biznes fəaliyyətini genişləndirməkdə davam edir.

Xatırladaq ki, ötən ilin may ayında şirkətin ilk filialı - "Qərb" filialı fəaliyyətə başlayıb.

"PAŞA Holding" Şirkətlər Qrupunun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının lideridir. Cari ilin fevral ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti