...

Azərbaycanda muzdla işləyənlər daha çox təhsil sahəsində çalışırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2015 20:02 (UTC +04:00)
2015-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,1 min nəfər olub, onlardan 884,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 631,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Azərbaycanda muzdla işləyənlər daha çox təhsil sahəsində çalışırlar

Azərbaycan, Bakı, 12 fevral /Trend/

2015-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,1 min nəfər olub, onlardan 884,4 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 631,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, muzdla işləyənlərin 22,2 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,8 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,3 faizi iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2014-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 444,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti