Azərbaycan, Bakı, 11 mart /Trend/
Ümummilli lider Heydər Əliyevin 1995-ci il tarixli fərmanı ilə 12 mart Azərbaycanda Daxili Qoşunların yaranma günü kimi qeyd olunur. 1991-ci ilin dekabrında yaradılmış Daxili Qoşunların hərbi hissələri 1992-ci il mart ayının məhz bu günü Ağdam rayonunun Papravənd və Qalayçılar kəndləri istiqamətində ilk döyüşlərini aparıb.
"TuranBank" DİN-in Daxili Qoşunlarının şəxsi heyətini peşə bayramları münasibətilə təbrik edir və 12, 13 və 16 mart tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.
Bankdan Trend-ə verilən məlumata görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.
Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.